Previous Next

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə 21 Mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə “46+1 Forumu” keçirilib.

ADPU-da daun sindromlu şəxslərlə bağlı forum: “46+1”

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə 21 Mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə “46+1 Forumu” keçirilib.
Forumda universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti və magistrantları, fakültədə fəaliyyət göstərən Loqopedlər dərnəyinin fəalları, daun sindromlu uşaqlar və onların valideynləri, ictimaiyyət nümayəndələri, mütəxəssislər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev qeyd edib ki, Pedaqoji Universitetdə xüsusi təhsilin inkişafı və bu istiqamətdə tədqiqatların aparılması daim diqqət mərkəzində olan məsələlərdəndir.
Fakültə dekanı dos. Nailə Hüseynova qonaqları salamlayaraq bildirib ki, fakültədə xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və reablitasiyası üçün yüksək səviyyəli mütəxəssis hazırlığı həyata keçirilməklə yanaşı, mütəmadi açıq qapı günləri, ekskursiyalar, tədbirlər keçirilir.
Daha sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova “Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası”, pediatr Könül Süleymanova “Daun sindromu, xarakteristikası, növləri və çox rast gəlinən yanaşı patologiyalar”, inklüziv təhsil üzrə mütəxəssis Gülnar Mirzəyeva “”İnklüziv təhsildə “Biz””, nevropotoloq Sevinc Ağayeva “Daun sindromlu uşaqlar – Yer üzünün günəşləri” mövzularında məruzə ediblər. Mövzu üzrə defektoloq-loqoped Səbinə Aslanova da öz fikrilərini bölüşüb.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search