10.03.2023-cü il tarixində BŞTİ 3 N-li xüsusi təhsil məktəbində “Novruz bayramı” münasibətilə şənlik keçirilmişdir. Şənliyi məktəbin direktoru qonaqları salamladı və tədbiri açıq elan elədi. Daha sonra qonaqlardan “Məktəbəqədər təhsil” fakültəsinin dekanı, dosent Nailə Hüseynova tədbirin mahiyyətinin dövrümüzün aktualığına uyğun, sosiallaşmanın təmin olması əsası ilə keçirilməsinin vacibliyi vurğuladı. Şənlikdə sağlamlıq imkanları məhdud olan uşaqların müxtəlif səhnəcikləri, kompozisiyaları, ifaları, rəqsləri, əl işlərindən ibarət sərgiləri nümayiş olundu.