29/03/2023 tarixdə Pedaqoji psixologiya kafedrasında elmi seminar keçirildi.Seminarda kafedranın gənc müəllimi Mədinə Həziyeva "Yeniyetmələrin şəxsiyyətinə psixoanalitik yanaşmalar" mövzusunda çıxış etdi. Elmi seminarda kafedra əməkdaşları və magistrantlar iştirak etdi.
Kafedranın müəllimi Ağasiyeva Yaqutun "Natamamlıq kompleksi yeniyetmələrdə özünü büruzə verir mi?",Baş müəllim Əlixanova Gülnarənin "Mən obrazı neçə yaşında formalaşır?"və b.verdikləri suallara məruzəçi ətraflı cavab verdi və müzakirələr aparıldı.Seminar maraqlı mövzuya həsr olunmuşdu və həm müəllimlər,həm də magistrantlar arasında maraq doğurdu.