17.03.23 tarixində “Məktəbəqədər təhsil” fakültəsinin tərkibində Tələbə elmi cəmiyyəti və Tələbə gənclər təşkilatının təşəbbüsü ilə Novruz bayramı tedbiri keçirilmişdir.Tədbir ilk öncə Azerbaycan Dövlət Respublikasının Dövlət himni ilə başlandi.Daha sonra Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız bir anliq sükutla yad edildi.Tədbiri “Məktəbəqədər təhsil” fakültəsinin dekanı, dosent Nailə Hüseynova açdi.O,tədbirdə iştirak edən fakültə üzrə professor müəllim heyətini ve tələbələri Novruz bayramı münasibəti ilə təbrik etdi.Daha sonra fakültə üzrə kafedra müdirlərinə söz verildi.Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyb İlyasov,Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva,Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərovaya söz verildi.Tələbələr tədbirdə milli rəqslər,Novruz bayramı ilə bağlı çıxışlar etdilər.Son olaraq “Məktəbəqədər təhsil” fakültəsinin dekanı, dosent Nailə Hüseynova tədbirdə iştirak edən bütün professor müəllim heyətinə və tələbələrə öz təşəkkürünü bildirdi.