13.04.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərova və fakültə Elmi Şurasının üzvləri iştirak etmişdir.Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova iclasın gündəliyini fakültə Elmi Şurasının üzvlərinin diqqətinə çatdırıb. P.ü.e.d. N.Hüseynova iclasın gündəliyində fakültədə tələbələrin tərbiyə işinin və müxtəlif sosial tədbirlərin təşkilini və kafedralarda elmi seminarların müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsinin vəziyyəti barədə ətraflı məlumat verdi. Eyni zamanda Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Afət İsrəfilova 2022/2023-cü tədris ilinin birinci semestri ərzində Tələbə Elmi Cəmiyyətinin işinin təşkili və qarşıda duran vəzifələri haqqında və bu müddət ərzində görülən işlərin əhəmiyyətini qeyd etdi.