19.04.2023-cü il tarixində Danimarkanın Kopenhagen Universitet Kollecinin nümayəndə heyəti ilə Bakı şəhəri “Qərənfil” körpələr evi-uşaq bağçasında görüş təşkil olunmuşdur. Görüşdə Danimarka Kopenhagen Universitet Kollecinin müəllimləri xanım Lotte Klint və xanım Lise Halkier, “Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri İradə Rüstəmova, Məktəbəqədər təhsilin pedaqogika kafedrasının müəllimləri p.ü.f.d.,b/m.Yeganə Məmmədova, Pərvanə İmanova, Fidan Bayramova, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişdir. Görüşdə məktəbəqədər təhsil müəssisələrinin iş fəaliyyəti ilə tanışlıq, bilik və təcrübə mübadiləsi aparılmışdır. Eyni zamanda nümayəndə heyəti bağçada təcrübədə olan IV tədris ilinin Məktəbəqədər təhsil ixtisasının tələbələrinin sınaq məşğələlərinə baxmış, müzakirələr aparılmışdır.