Previous Next

28 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş növbəti elmi konfransı keçirilmişdir

28 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş növbəti elmi konfransı keçirilmişdir.Konfrans ənənəvi olaraq plenar və 3 bölmə iclasından təşkil olunmuşdur. Plenar iclasında giriş  sözü ilə çıxış edən fakültənin dekanı dos.Nailə Hüseynova konfransı açıq elan etmişdir.Tədbirin davamında “Ümumi psixologiya” kafedrasının müdiri prof. Ramiz Əliyev, “Məktəbəqədər təhsilin pedaqogikası” kafedrasının müdiri prof. Müseyib İlyasov və “Xüsusi təhsil” kafedrasının müdiri dos. Simnarə Heydərova Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında çıxış etmişlər. “Pedaqoji psixologiya” kafedrasının müdiri prof. Şəhla Əliyeva isə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış etmişdir.Dos.Nailə Hüseynova konfransın Məktəbəqədər təhsilin pedaqogikası, Psixologiya və Korreksiyaedici təlim bölmələri olaraq üç istiqamətdə təşkil olduğunu, konfransın proqramına əsasən bölmə sədr və katiblərini, həmçinin təşkilati komitənin üzvlərini elan etdikdən sonra bütün tələbə və müəllim heyyətinə uğurlar arzu etdi.Hər üç bölmədə tələbələrin maraqlı təqdimatları bölmə sədr və katibləri, həmçinin müəllimlər tərəfindən maraqla dinlənilib, geniş müzakirələr aparılmışdır. Bölmələrin yekununda öz çıxışına görə seçilən tələbələr fərqləndirilmiş, konfransın yekun bağlanış iclasında fakültə dekanı dos.Nailə Hüseynova tərəfindən diplomlarla təltif olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search