Previous Next

22.05.2023-cü il tarixində Nəsimi rayonu “Qərənfil” körpələr evi-uşaq bağçasının daxilində “Şəngülüm,Şüngülüm,Məngülüm” adlı nağıla həsr olunmuş səhnəciyin səhnələşdirilməsi baş tutmuşdur.

22.05.2023-cü il tarixində Nəsimi rayonu “Qərənfil” körpələr evi-uşaq bağçasının daxilində “Şəngülüm,Şüngülüm,Məngülüm” adlı nağıla həsr olunmuş səhnəciyin səhnələşdirilməsi baş tutmuşdur. Səhnəcikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin, Məktəbəqədər təlim-tərbiyə ixtisasının MQT 1901B və MQT 1905B qrup tələbələri G.Atakişiyeva,A.Əlizadə,D.Əliyeva,S.Hüseynova,İ.Məhərrəmova,Z.Məmmədova,S.Orucova,G.Ağazadə,X.İsmayılova,M.Məcidli,N.Məlikova və B.Özcanın iştirakı ilə baş tutmuşdur.“Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri İradə Rüstəmova, digər tərbiyəçi-müəllimlərlər yanaşı,Məktəbəqədər təhsilin pedaqogika kafedrasının müəllimləri də Pərvanə İmanova və Fidan Bayramova səhnəciyin müşahidəsində iştirak etmiş və sonda “Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri İradə Rüstəmova tərəfindən 2022/23-cü tədris ilində “Qərənfil” körpələr evi-uşaq bağçasında pedaqoji təcrübə müddətində həyata keçirilən pedaqoji, ictimai-siyasi tədbirlərdə fəal iştiraklarına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin, Məktəbəqədər təlim-tərbiyə ixtisasının MQT 1901B və MQT 1905B qrup tələbələri təşəkkürnamə ilə təltif olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search