Məktəbəqədər təhsil fakültəsinin Pedaqoji psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Əlixanova Gülnarə Həmzəbəyovnanın TSPX ixtisası üzrə 2005 B qrupunda “Təhsildə sosial –psixoloji xidmət və psixoloji praktikum” fənnindən “Yeniyetməlik yaş dövründə psixoloji xidmətin xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Pedaqoji psixologiya kafedrasının müdiri, professor Şəhla Əliyeva, baş müəllimlər Zemfira Səfərova, Münəvvər Məmmədova, müəllim Zülfiyyə Rüstəmova və başqaları iştirak etdilər.