Previous Next

24 may 2023 – cü il tarixində Məktəbəqədər təhsil fakültəsində “Təhsildə sosial – psixoloji xidmət” ixtisası üzrə  IV kurs tələbələrinin “Pedaqoji təcrübəsinin nəticələrinə həsr olunmuş Yekun konfransı” keçirildi.

24 may 2023 – cü il tarixində Məktəbəqədər təhsil fakültəsində “Təhsildə sosial – psixoloji xidmət” ixtisası üzrə  IV kurs tələbələrinin “Pedaqoji təcrübəsinin nəticələrinə həsr olunmuş Yekun konfransı” keçirildi.Yekun konfransda Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika elmləri doktoru Nailə Hüseynova, Pedaqoji psixologiya kafedrasının müdiri, professor Şəhla Əliyeva və Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının təcrübə rəhbəri ps.ü.f.d., b/m. Gülnarə Əlixanova, ümumi psixologiya kafedrasının təcrübə rəhbəri b/m. Günəş Əfəndiyeva, kafedra əməkdaşları və  pedaqoji təcrübəyə cəlb olunmuş IV kurs tələbələri iştirak etdilər.Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru Nailə Hüseynova konfransı giriş sözü ilə çıxış etdi. Pedaqoji psixologiya və Ümumi psixologiya kafedrasına təhkim olunmuş IV kurs tələbələrinin 14 həftəlik təcrübələrinin 7 həftəsinin Bakı şəhərinin tam orta məktəblərində, digər 7 həftənin isə “LOQOS” PM, “Milvus” PM və “Narınc”PM də müvəffəqiyyətlə başa çatması haqda məlumat verdi.Professor Şəhla Əliyeva təcrübənin müvəffəqiyyətlə keçməsi üçün Pedaqoji psixologiya kafedrasında görülən işlər barədə ətraflı məlumat verdi. Professor Ramiz Əliyev təcrübənin keçirilməsində mühüm olan amillərdən danışdı. Konfransın sonunda bir qrup müəllim və təcrübəçi tələbələrə sertifikat və təşəkkürnamələr təqdim edildi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search