Previous Next

24 may 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin “Korreksiyaedici təlim ” ixtisası üzrə IV tədris ilinin tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr edilmiş konfrans keçirildi.

24 may 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin “Korreksiyaedici təlim ” ixtisası üzrə IV tədris ilinin tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr edilmiş konfrans keçirildi. Konfransda Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru , dosent Nailə Hüseynova, Xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Nadir qızı Hüseynova və kafedranın professor-müəllim heyəti və təcrübəçi tələbələr iştirak etmişdir. Konfransı giriş sözü Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova 16 fevral 2023-cü il tarixindən başlanan pedaqoji təcrübənin 24.05.2023-cü il tarixinədək uğurla davam etdiyini qeyd etdi. Xüsusi təhsil kafedrasının müdiri dosent S.N.Heydərova çıxış edərə aşağıdakı məqamları qeyd etdi: “ Korreksiyaedici təlim ixtisası üzrə - 96 nəfər tələbənin pedaqoji təcrübəyə cəlb olunduğunu və iki mərhələdə pedaqoji təcrübənin təşkil edildiyini qeyd etdi. I mərhələ 10 həftəni əhatə edirdi və 3,11,268 nömrəli xüsusi təhsil məktəblərində, II mərhələ isə 202,220,252,265,300 nömrəli inklüziv məktəblərdə təşkil olunmuş və təcrübəçi tələbər pedaqoji təcrübəni uğurla başa vurmuşdur. Beləki, 96 tələbədən 88 nəfər tələbə “A” kateqoriyası , 8 nəfər tələbə isə “B” kateqoriyası üzrə qiymətləndirilmişdir”. Həmçinin, Pedaqoji təcrübənin təşkil edildiyi xüsusi və inklüziv məktəb rəhbərliyi tərəfindən ADPU-nun rektoru professor Cəfər Cəfərovun adına, eyni zamanda fakültənin dekanı p.ü.e.d. N.Hüseynovaya, ixtisas üzrə pedaqoji təcrübə rəhbərinə,metodist-müəllim heyətinə,təcrübəçi tələbələrin adına təşəkkürnamələr universitetə göndərilmiş və konfransda təşəkkürnamələr tələbələrə təqdim olunmuşdur. Sonda isə konfransda iştirak edən professor-müəllim heyəti və təcrübəçi tələbələr Məktəbəqədər təhsil fakültəsinin foyesində pedaqoji təcrübə müddətində tələbələrin hazırladıqları əl işlərindən ibarət təşkil olunan sərgi ilə tanış oldular.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search