Previous Next

11 oktyabr 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsində Ümumi psixologiya kafedrasının dosenti,psix.ü.f.d Qurbanova Lamiyə Mehdi qızının təqdimatında "Həyatın mənası, ölüm psixologiyası: son, yoxsa başlanğıc?" mövzusunda elmi seminar keçirilmişdi

11 oktyabr 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsində Ümumi psixologiya kafedrasının dosenti,psix.ü.f.d Qurbanova Lamiyə Mehdi qızının təqdimatında "Həyatın mənası, ölüm psixologiyası: son, yoxsa başlanğıc?" mövzusunda elmi seminar keçirilmişdir.Elmi seminarda fakültənin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər. Mövzu elmi aktuallıq kontekstində bəyənilmiş və geniş müzakirəyə səbəb olmuşdur. Fakültə dekanı, ped.ü.e.d,dosent Nailə Tofiq qızı Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri,psix.ü.e.d,professor Ramiz İbrahim oğlu Əliyev, Xüsusi təhsil kafedrasının müdiri,psix.ü.f.d,dosent Simnarə Nadir qızı Heydərova,Ümumi psixologiya kafedrasının əməkdaşları: psix.ü.f.d.professor Elmar Afis oğlu Hüseynov, psix.ü.f.d,dosent Ülviyyə Akif qızı Əfəndiyeva,baş müəllim Könül Allahverdi qızı Məmmədova mövzu ətrafında maraqlı çıxışlar etmişlər.Digər iştirakçılar tərəfindən ünvanlanmış suallar və suallara verilən cavablar seminarın gedişatının aktivliyini təmin etmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search