Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 20.10.2023-cü il tarixində iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, dekan müavinləri pedaqogika üzrə fəlsəfə doktoru Südabə İsgəndərova, Sevinc Eylazova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri, professor Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri, dosent Simnarə Heydərova və fakültə Elmi Şurasının üzvləri iştirak etmişdirİclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. P.ü.e.d.N.Hüseynova iclasın gündəliyində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda iclasda Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov fakültədə elmi-metodik iş planının icrasının vəziyyəti haqqında və bu müddət ərzində görülən işlərin əhəmiyyətini vurğuladı.Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının 20.10.2023-cü il tarixində iclası keçirilmişdir. İclasda Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, dekan müavinləri pedaqogika üzrə fəlsəfə doktoru Südabə İsgəndərova, Sevinc Eylazova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri, professor Şəhla Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri, dosent Simnarə Heydərova və fakültə Elmi Şurasının üzvləri iştirak etmişdir.İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı p.ü.e.d. Nailə Hüseynova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. P.ü.e.d.N.Hüseynova iclasın gündəliyində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda iclasda Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov fakültədə elmi-metodik iş planının icrasının vəziyyəti haqqında və bu müddət ərzində görülən işlərin əhəmiyyətini vurğuladı.