Previous Next

25 oktyabr 2023-cü il tarixində Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının TEC-nin xətti ilə "Zəfər günü: Qarabağ Azərbaycandır" adlı tədbir keçirildi.

25 oktyabr 2023-cü il tarixində Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının TEC-nin xətti ilə "Zəfər günü: Qarabağ Azərbaycandır" adlı tədbir keçirildi.
Tədbirin başlanğıcında Zəfər gününə həsr olunmuş video-çarx nümayiş olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov çıxış etdi.
Tədbirdə Məktəbəqədər təhsil fakültəsi dekanı dos. Nailə Hüseynova, dekan müavini dos. Südabə İsgəndərova, Pedaqoji psixologiya kafedrasının müdiri prof. Şəhla Əliyeva, Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev, Xüsusi təhsil kafedrasının müdiri dos. Simnarə Heydərova, eləcə də fakültə üzrə professor-müəllim heyəti və MQT ixtisası üzrə tələbələr iştirak etdi.
Tədbirdə iştirak edən MQT 2004, MQT 2202 və MQT 2205 qrup tələbələri şeir kompozisiyaları, səhnəcik ilə çıxış etdilər. Bundan başqa Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" ilə bağlı tələbələrin yazdığı inşaların qalibləri açıqlandı. Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov tərəfindən qalib tələbələrə diplom və təşəkkürnamə təqdim edildi. Həmçinin tədbirin təşkilində iştirak edən tələbələrə də təşəkkürnamə təqdim edildi.
Sonda kafedra müdiri prof. Müseyib İlyasov tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının TEC-nin sədri müəllim Könül Şxəliyevaya təşəkkürünü bildirdi.
BAYRAMINIZ MÜBARƏK!

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search