Previous Next

03.11.2023 tarixində Məktəbəqədər təhsil fakültəsində 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-na kimi Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş torpaqlarımızın azad olunduğu 44 günlük müharibədə Vətən uğrunda canından keçmiş igid oğ

03.11.2023 tarixində Məktəbəqədər təhsil fakültəsində 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-na kimi Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş torpaqlarımızın azad olunduğu 44 günlük müharibədə Vətən uğrunda canından keçmiş igid oğullarımızı yad etmək məqsədilə tədbir keçirilmişdir.Tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent, ped.e.d. Nailə Hüseynova, Pedaqoji psixologiya kafedrasının müdiri prof. Şəhla Əliyeva,Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev, Məktəbəqədər təhsil pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov ilə yanaşı ixtisas kafedraları üzrə TEC sədrləri və fakültənin professor-müəllim heyəti də iştirak etmişdir. Tədbir 44 günlük müharibənin qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutu ilə başlamış, Nailə xanım Hüseynovanın çıxışından sonra tələbələrin fəallığı ilə davam etmişdir. Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Ali Baş Komandan Prezident İlham Əliyevin sərkərdə qətiyyəti və siyasi müdrikliyi sayəsində bütövlüyümüzə nail olduğumuz şanlı günümüz -Zəfər günümüz mübarək Azərbaycan!

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search