Previous Next

O4.11.2023-cü il tarixində Ümumi psixologiya kafedrasında 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır – Zəfərimiz əbədidir!” adlı tədbir keçirilmişdir.

O4.11.2023-cü il tarixində Ümumi psixologiya kafedrasında 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır – Zəfərimiz əbədidir!” adlı tədbir keçirilmişdir. Psixol.ü.f.d.,dos.Ülviyyə Əfəndiyeva çıxış edərək tədbiri açıq elan etmişdir. Azərbaycan Respublikasının Himni səsləndikdən sonra dos.Ülviyyə Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərararından danışmışdır.Sonra söz Məktəbəqədər təhsil fakultəsinin dekanı ped.ü.e.d., dos. Nailə Hüseynovaya verildi. Nailə xanım xalqımızı bu qələbə münasibətilə təbrik etdi.Dos. Ülviyyə Əfəndiyeva sözü Veteran anası, Ümumi psixologiya kafedrasınının dosenti  Lamiyə Qurbanovaya veridi. Dos. Lamiyə Qurbanova oğlu cəbhədə olarkən keçirdiyi hisslərdən danışdı, kafedranın, bütün fakültənin əmək­daşlarına bu çətin günlərdə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirdi və xalqımızı bu böyük qələbə münasibətilə təbrik etdi.Veterana həsr olunmuş videoçarx təddim edildikdən sonra dos. Ülviyyə Əfəndiyeva sözü II Qarabağ Müharibəsində Azərbaycana Zəfər qazandırmış qəhrəman oğulları bir nümayəndə olaraq bu gün bu tədbirdə təmsil edən veteran Elxan Məhəmmədzadəyə verdi. Dos. Ülviyyə Əfəndiyeva: “Qələbə bizimdir – əbədidir! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandanımız, yaşasın Azərbaycan əsgəri!” şüarları səsləndirdikdən sonra hamının dillər əzbəri olan “Marş irəli, Azərbaycan əsgəri”  “Yaşa Azərbaycan” adlı Zəfərə həsr olunmuş video kompozisiya dinlənildi.Daha sonra söz  hörmətli kafedra müdirləri prof. Şəhla Əliyevaya, prof. Müseyib İlyasova, dos. Simnarə Heydərovaya verildi.Ümumi psixologiya kafedrası adından prof. Ramiz Əliyev çıxş edərək II Qarabağ müharibəsində qazandığımız qələbənin  psixoloji təhlilini verdi.Tələbələrimizin də ürək sözləri və zəfərə həsr olunmuş şeirləri yüksək əhval-ruhiyyə yaratdı.Sonda Azərinin ifasında dahi şair Əhməd Cavadın sözlərinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bəslədiyi  “Çırpınırdı Qara dəniz” mahnısı dinlənildi və mahnıdakı dəyişikliklərlə bağlı vidioçarx təqdim olundu. Dos. Ülviyyə Əfəndiyeva kafedra adından başda fakultə dekanı dos. Nailə Hüseynova olmaqla bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search