07.11.23-cü il tarixində ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi İmanova Pərvanə İldırım qızının MQT 2102 B qrupunda “Məktəbəqədər təhsil müəssisələrində ailələrlə işin təşkili” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsdə Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, p.ü.e.d., prof. M.İ.İlyasov, dekan müavini Sevinc Eyvazova, p.ü.f.d., b/m N.R.İsmayılova, p.ü.f.d., b/m Y.X.Məmmədova, müəllim F.R.Bayramova, müəllim A. Əhmədova, müəllim E.Əliyeva ,müəllim Q.Rəhimova iştirak etmişlər.Açıq dərsin təşkilinə ümumi rəy müsbət olmuşdur. Pərvanə müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.