03.11.2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsində Fakültə metodik şurasının iclasında psixologiya üzrə elmlər doktoru, professor Ramiz İbrahim oğlu Əliyevin 2023-cü ildə nəşr olunmuş “Humanist psixologiya” kitabının təqdimatı keçirilmişdir. Təqdimatda Məktəbəqədər Təhsil fakültəsinin dekanı və dekan müavinləri, Fakultə metodik şurasının üzvləri, kafedra müəllimləri, qonaqlar və tələbələr iştirak etmişlər.Tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.ü.e.d., dos. Nailə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekan müavini, ped.ü.e.d., dos. Südabə İskəndərova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, ped.ü.e.d., prof. Müseyib İlyasov, Pedaqoji psixologiya kafedrasının müdiri, ped.ü.e.d., prof., Şəhla Əliyeva, Ümumi pedaqogika kafedrasının müdiri, ped.ü.e.d., prof. İramin İsayev, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, ped.ü.e.d., prof. Fərrux Rüstəmov, , Xüsusi təhsil kafedrasının müdiri, psixol.ü.f.d., dos. Simnarə Heydərova, psixol.ü.f.d., dos. Ülviyyə Əfəndiyeva, psixol.ü.f.d., dos. Lamiyə Qurbanova, psixol.ü.f.d., dos. Nurəngiz Rzayeva, ped.ü.f.d., dos. Pərişan Həsənova, Ümumi psixologiya kafedrasının müəllimi və doktorantı Təranə Abdullayeva, tələbər çıxış edərək “Humanist psixologiya” kitabını geniş təhlil etmiş və kitab haqqında öz təəssüratlarını bölüşmüş, prof. Ramiz Əliyevə yeni yaradıcılıq uğurları arzulamışlar.Sonda psixol.ü.e.d.,prof. Ramiz Əliyev çıxış edərək kitabın təqqdimatına görə öz təşəkkürünü bildirmişdir.