Previous Next

08.02.2024 tarixində Məktəbəqədər təhsil fakültəsi və ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Pedaqoji təhsildə müasir təlim texnologiyalarının tətbiqi: beynəlxalq təcrübə və mentor xidmətinin təşkili (Məktəbəqədər təhsil, İncəsənət və

08.02.2024 tarixində Məktəbəqədər təhsil fakültəsi və ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Pedaqoji təhsildə müasir təlim texnologiyalarının tətbiqi: beynəlxalq təcrübə və mentor xidmətinin təşkili (Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyə fakültələrinin nümunəsi əsasında” adlı layihəyə start verildi. Layihənin həyata keçirilməsi ilə bağlı ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri, dos.Ərəstun Mehdiyev və Tətbiqi Tədqiqatlar bölməsinin müdiri, dos. Gülşən Novruzova fakültə əməkdaşlarını məlumatlandırmışlar.
Dəyirmi masada fakültə dekanı dosent Nailə Hüseynova, dekan müavinləri Südabə İsgəndərova, Sevinc Eylazova və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. M.İlyasov, Ümumi psixologiya kafedrasının müdiri prof. R. Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri prof. Ş. Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri dos S.Heydərova iştirak etmişlər.
Layihənin məqsədi müəllimlərdə və tələbələrdə qarşılıqlı tədqiqatçılıq qabiliyyətinin formalaşması, eyni zamanda müəllimlərdə qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir. Mentor xidmətinin təşkilində əsas məqsəd fakultənin ixtisas qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir.
Layihə üzrə koordinator: Məktəbəqədər təhsil fakültəsinin dekan müavini Eylazova Sevinc.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search