12.02.2024 tarixində Məktəbəqədər təhsil fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin fakültə əməkdaşları ilə görüş keçirilmişdir.Görüşə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Dosent Əliyev Vaqif, Həmkarlar İttifaqı Komitəsinin baş məsləhətçisi Nigar Rəhimova və Təşkilati Komissiyanın sədri Hüseyn Hacıyev iştirak edirdi.Fakültə üzrə hesabat seçki yığıncağı baş tutmuşdur.Seçkidə fakültə dekanı dosent Nailə Hüseynova, dekan müavinləri Südabə İsgəndərova, Sevinc Eylazova və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. M.İlyasov, Ümumi psixologiya kafedrasının müdiri prof. R. Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri prof. Ş. Əliyeva, Xüsusi təhsil kafedrasının müdiri dos S.Heydərova və fakültə müəllimləri iştirak edirdi.Dosent Vaqif Əliyev Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlərdən məlumat verdi.Fakültə əməkdaşlarına söz verildi.Sonda fakültə üzrə Həmkarlar İttifaqının yeni heyəti seçildi.Yeni heyətdə Orucəliyeva Şəkər, Heydərova Nigar,Bədəlzadə Günay,Quliyeva İlahə,Əhmədova Arzu,Muradova Nigar,Rəfiyeva Nabat seçildi.