30.03.2024 tarixində Məktəbəqədər təhsil fakültəsinin Təhsildə sosial-psixoloji ixtisas tələbələrinin (rus bölməsi) və Kazaxstanın Milli pedaqoji Universitinin pedaqogika və psixologiya kafedrasının tələbələri ilə "Psixologiyanın əlifbası:tələbə tələbəyə" Beynəlxalq onlayn dərs marafonu keçirilmişdir. Tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d.,dos.N.T.Hüseynova, Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədova və Kazaxıstan milli pedaqoji Universitetinin pedaqogika və psixologiya kafedrasının əməkdaşı Sauli Timerovna və kafedranın digər əməkdaşları iştirak etmişdir. Tələbələr arasında maraqlı diskusiyalar baş tutmuşdur.