Previous Next

24.04.2024-cü il tarixində ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən “Pedaqoji psixoloji xidmət laboratoriyası” nın açılışı baş tutmuşdur.

24.04.2024-cü il tarixində ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən “Pedaqoji psixoloji xidmət laboratoriyası” nın açılışı baş tutmuşdur. Laboratoriyanın açılışını ADPU-nun rektoru professor Cəfər Cəfərov və Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova etmişdir.Pedaqoji Psixoloji laboratoriyanın məqsədi fakültənin ixtisas profilinə uyğun olaraq təhsil alan tələbələrin əldə etdiyi akademik bilikləri mütəxəssislərin dəstəyi ilə praktik olaraq əyani görmək, bacarıqları əldə etmək, ixtisas üzrə vərdişləri formalaşdırmaqdır. Laboratoriyada 5 istiqamətdə fəaliyyət nəzərdə tutulmuşdur:loqoped, psixoloq, defektoloq(korreksiya pedaqogikası), idman və peşə reablitasiyası.Laboratoriya uşaqlara keyfiyyətli erkən uşaqlıq təhsili və inkişaf proqramlarına çıxışın təmin edilməsi onların gələcək öyrənmə və uğurları üçün güclü zəmin yaradır. Laboratoriya təkcə akademik bacarıqlara deyil, həm də sosial, emosional, fiziki və yaradıcı inkişafa diqqət yetirərək inkişafa vahid yanaşma təklif edir.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search