27 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda I Respublika forumu keçirilmişdir. Forumu giriş sözü ilə universitetin rektoru professor Cəfər Cəfərov açaraq, təhsildə psixoloji xidmətin inkişaf dinamikasından bəhs etdi və bu işdə universitetin fəaliyyətini vurğuladı. Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, forumun işinə uğurlar arzu etdi. Professor Ramiz Əliyev də çıxış edərək, ölkədəki islahatlardan və onların təhsil sisteminə pozitiv təsirindən, o cümlədən Pedaqoji Universitetin bu sahədə fəaliyyətindən bəhs etdi. Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi Təhsil sektorunun müdiri Anar Xələfov çıxış edərək, forumun aktuallığını vurğuladı. Yekun olaraq Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova çıxış edərək fakültənin fəaliyyətindən, ixtisas kafedralarının professor-müəllim heyətinin kadr hazırlığındakı rolu barəsində məlumat verdi. Daha sonra fakültənin fəaliyyəti ilə bağlı video çarx təqdim edildi. Və forum işini “Təhsilin müasir psixoloji problemləri”, “Psixi sağlamlıq və təhsil”, “İctimai mühit və şəxsiyyət” adlı 3 paneldə davam etdirdi. Hər 3 paneldə çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılandı. Forum işini uğurla başa çatdırdı.