20.06.2024-cü il tarixində Korreksiyaedici təlimin metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ili magistrantlarının dissertasiya işlərinin müdafiəsi baş tutmuşdur. Dissertasiya işlərinin müdafiəsində komissiyanın sədri ped.e.d. N.Hüseynova, katib dos. S.Aslanova, prof. Ş.Əliyeva, dos. T.Ağayeva, ped.ü.f.d. L.İmanova, ped.ü.f.d. S.İsgəndərova iştirak etmişdir. Magistrantlar mövzularına uyğun hazırladıqları slaydların izahatını vermiş, komissiya üzvlərinin onlara ünvanladıqları sualları cavablandırmışlar. Sonda magistrantlar komissiya üzvləri tərəfindən qiymətləndirilmişlər.