Previous Next

24 iyun 2024-cü il tarixində saat 14:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil kafedrasının doktorantı Li Yixuanın "Направления коррекционно-педагогической работы по активизации речевой деятельности у детей с церебральным параличом" m

24 iyun 2024-cü il tarixində saat 14:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil kafedrasının doktorantı Li Yixuanın "Направления коррекционно-педагогической работы по активизации речевой деятельности у детей с церебральным параличом" mövzusunda (Elmi rəhbər ped.e.d. N.T.Hüseynova) 5805.01-Korreksiya pedaqogikası ixtisası üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə Məktəbəqədər təhsil fakültəsinin əməkdaşları iştirak etmişdir. Doktoran Li Yixuan dissertasiya işi haqqında ətraflı məlumat verdikdən sonra elmi rəyçilər prof. Elmar Hüseynov, ped.ü.f.d. L.İmnaova çıxış edərək öz müsbət rəylərini səsləndirdilər. dos. T.Ağayeva və ped.ü.f.d. X.Həmidova çıxış edərək iddiaçının dissertasiya işinə öz münasibətlərini bildirdilər. Xüsusi təhsil kafedrasının professor- müəllim heyəti suallarla iddiaçıya müraciət etdilər. İddiaçı sualları cavablandırdı və sonda öz minnətdarlığını bildirdilər.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search