Previous Next

25 oktyabr 2024-cü il tarixində Məktəbəqər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən "Gənc pedaqoqlar" dərnəyinin növbəti iclası keçirilmişdir.

25 oktyabr 2024-cü il tarixində Məktəbəqər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən "Gənc pedaqoqlar" dərnəyinin növbəti iclası keçirilmişdir. İclasda fakültə dekanı ped.e.d.,dos. Nailə Hüseynova , dərnəyin sədri dos. Pərişan Həsənova, dekan müavini Südabə İsgəndərova,  "Məktəbəqər təhsilin pedaqogikası" kafedrasının müəllimlərindən Nigar Heydərova, Fidan Bayramova, p.ü.f.d. Səidə Abdullayeva, Nabat Qəhrəmanova, Arzu Əliyeva,  Esmira Əliyeva, Xəyalə Novruzova, Bahar Qorxmazlı, "Yaş və pedaqoji psixologiya" kafedrasının müəllimi psi. ü.f.d. Gülnarə Həmzəbəyovna iştirak etmişlər. İclasda aşağıdakı məruzələr dinlənilmişdir:

1. Ekoloji dayanıqlıq və onun inkişaf tarixindən.

Məruzəçi: Peliyeva Pərvanə .Q. 2305B

2. İqlim dəyişkənliyi və ona qarşı mübarizə. 

Məruzəçi : Mirzəcanova Fatma. Q.2202B

Məruzələrdən sonra müzakirələr və çıxışlar olmuşdur.  Fakültə dekanı Nailə Hüseynova çıxış edərək  Azərbaycan dövlətinin COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək bir ərəfədə olduğu indiki məqamda belə qlobal məsələlərin bu gün tələbələrimiz tərəfindən müzakirə obyekti olmasını çox qürurverici bir hal kimi qiymətləndirilməlidir. Tələblərimizin və hər kəsin bu sahədə maarifləndirməsi vacibdir. Dərnəyin sonunda dərnəyin  növbəti iclası üçün müzakirə olunacaq mövzu irəli sürülmüş və iclas yekunlaşdırılmışdır.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search