28.10.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynovanın sədrliyi ilə fakültə Elmi Şurasının iclası keçirilmişdir.İclasda gündəlikdə olan məsələlər haqqında, əsasən də tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında p.ü.e.d., dos.Nailə Hüseynova ətraflı məlumat verdi. Daha sonra Fakültə Elmi-Metodik Şurasının sədri prof.Müseyib İlyasovun 2023-2024-cü tədris ilinin II semestrində gördüyü işlərə dair hesabatı dinlənildi. Eyni zamanda iclasın gündəliyində Pedaqoji psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantın elmi rəhbərinin dəyişdirilməsi müzakirəsi baş tutmuşdur. İclasın sonunda kafedralar üzrə fakültə Elmi Şurasına təqdim olunan vəsaitlər müzakirə olunaraq Universitet Elmi Şurasına təqdim olunması tövsiyə olundu.