06.11.2024 tarixində Məktəbəqədər Təhsil fakültəsinin “Təhsildə sosial psixoloji xidmət” ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan seminarın qonağı EMDR və ŞEMA terapisti Uzman psixoloq Büşra Kaya idi. Büşra Kaya Məktəbəqədər təhsil fakultəsində təhsil alan tələbələri “Şəxsiyyətin inkişafında temperamentin rolu” və “Enneaqram”mövzusunda məlumatlandırmışdır.Enneagram; Yunan dilində enne (doqquz) və qram (nöqtə) sözlərinin birləşməsi ilə formalaşmış “doqquz nöqtə” anlamına gəlir və fərqli şəxsiyyət növlərini əks etdirən güclü, realist, dəqiq və dinamik bir sistemdir. Tələbələrə 9 mizac növü haqqında məlumat verilmiş və sonda sual-cavab sesiyası olmuşdur.Qeyd edək ki, Büşra Kaya psixoterapiya mərkəzi 16.08.2021 tarixində fəaliyyətə başlamışdır. Mərkəzdə yetişkin, yeniyetmə, uşaqlarla psixoterapiya və defektoloq-loqoped seansları həyata keçirilir.