Previous Next

28.12.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

28.12.2024-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.Məktəbəqədər təhsil  fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynovanın sədirliyi ilə fakültə Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.  İclasda gündəlikdə olan məsələlərə əsasən,  2024/2025-ci il tədris ilinin payız imtahan sessiyasına hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün görüləcək işlər haqqında p.ü.e.d., dos.Nailə Hüseynova ətraflı məlumat verdi. 2024\2025-ci tədris ilinin I yarım ili üçün kafedraların elmi seminarları və  açıq dərslərin keçirilməsi haqqında hesabatı dinlənilmişdi. Eyni zamanda iclasda Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının və Ümumi psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantlarının dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiqinin müzakirəsi baş tutmuşdu.İclasın sonunda kafedralar üzrə fakültə Elmi Şurasına təqdim olunan vəsaitlər müzakirə olunaraq Universitet Elmi Şurasına təqdim olunması tövsiyə olundu.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search