Previous Next

22.01.2025-ci il tarixində Məktəbəqədər təhsil fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynovanın sədrliyi ilə fakültə Elmi Şurasının iclası keçirilmişdir.

22.01.2025-ci il tarixində Məktəbəqədər təhsil fakültəsinin dekanı, p.ü.e.d.,dos.Nailə Hüseynovanın sədrliyi ilə fakültə Elmi Şurasının iclası keçirilmişdir.İclasda gündəlikdə olan məsələlər haqqında, əsasən də fakültənin 2024/2025-ci tədris ilinin birinci hissəsi üçün iş planının icrasının vəziyyəti haqqında p.ü.e.d., dos.Nailə Hüseynova ətraflı məlumat verdi. Daha sonra ixtisas kafedralarının yarımillik hesabatı dinlənilmiş və 2025/2026-cı tədris ilində kafedralar üzrə yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları müzakirə olunaraq  təsdiq olunmuşdu.

2024/2025-ci il tədris ilində IV kurs tələbələrin pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsi işinin vəziyyəti haqqında müzakirələr aparılmışdır. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat səviyyəsi üzrə “Məktəbəqədər təhsil” təhsil proqramının akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi qaydaları və fakültə üzrə  Təşkilat Komissiyasının tərkibi müzakirə olunaraq təsdiq olunmuşdu.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search