18.03.24-cü il tarixində ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Elmi-metodik Şurasının və Ümumi psixologiya kafedrasının təşkilatçılığı ilə Ümumi psixologiya kafedrasının əməkdaşları professor Elmar Afis oğlu Hüseynovun "Oyun psixoterapiyası" və dosent Lamiyə Mehdi qızı Qurbanovanın "Qurani -Kərimdə psixoloji problemlərin həlli yolları" adlı kitablarının təqdimatı keçirilmişdir. Təqdimatda fakültənin dekanı ped.ü.e.d., dos. N.T.Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri prof. Ramiz Əliyev, Pedaqoji psixologiya kafedrasının müdiri prof. Şəhla Əliyeva, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri prof. Müseyib İlyasov, Xüsusi təhsil kafedrasının müdiri dos. Simnarə Heydərova, dekan müavinləri iştirak etmişdir. Fakültənin professor-müəllim heyəti kafedranın əməkdaşlarının kitab təqdimatına öz tövsiyyə və təbriklərini bildiriblər.
Hər iki tədqiqatçıya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!