Previous Next

24 may 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə IV tədris ilinin tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr edilmiş konfrans keçirildi.

24 may 2023-cü il tarixində Məktəbəqədər təhsil fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə IV tədris ilinin tələbələrinin pedaqoji təcrübəsinin yekununa həsr edilmiş konfrans keçirildi. Konfransda Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov və kafedranın professor-müəllim heyəti və təcrübəçi tələbələr iştirak etmişdir. Konfransı giriş sözü Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova 16 fevral 2023-cü il tarixindən başlanan pedaqoji təcrübənin 24.05.2023-cü il tarixinədək uğurla davam etdiyini qeyd etdi. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə - 132 nəfər tələbənin pedaqoji təcrübəyə cəlb olunduğunu və bu tələbələrdən 14 nəfər rus qrupu, 20 nəfər isə SABAH qruplarının tələbələri olduğunu vurğuladı. 22, 37, 40, 80, 172, 174, 183, 266№-li körpələr evi-uşaq bağçasında və “Qərənfil” körpələr evi-uşaq bağçası, “Cahan”, “İndigo”, “Peter Pan”, “Baby Star”, “Joyful” uşaq bağçasında 14 həftəlik pedaqoji təcrübənin uğurla başa vurduqları qeyd olundu. Eyni zamanda 37 və 266 saylı körpələr evi-uşaq bağçası, 183 və 172 saylı uşaq bağçası və "Qərənfil" körpələr evi - uşaq bağçasının rəhbərliyi tərəfindən ADPU-nun rektoru professor Cəfər Cəfərovun adına, eyni zamanda fakültənin dekanı p.ü.e.d. N.Hüseynovaya, orda iştirak edən metodistlərin, ixtisas üzrə pedaqoji təcrübə rəhbərinin və tələbələrinin adına təşəkkürnamələr universitetə göndərilmiş və təşəkkürnamələr tələbələrə təqdim olunmuşdur. Uşaq bağçası və körpələr evində təcrübə müddətində metodist və təcrübəçi tələbələr tərəfindən təcrübə proqramı tam yerinə yetirildiyi qeyd olundu. Sonda isə konfransda iştirak edən professor-müəllim heyəti və təcrübəçi tələbələr Məktəbəqədər təhsil fakültəsinin foyesində pedaqoji təcrübə müddətində tələbələrin hazırladıqları əl işlərindən ibarət təşkil olunan sərgi ilə tanış oldular.

ÜNVAN MƏLUMATLARI

Bakı ş., Nəsimi r.,
Koroğlu Rəhimov 13

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search