Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə Həmrəylik ili" elan olunmuşdur. Bu munasibətlə Nəsimi rayonu 22 saylı k/e-u/b ilə ADPU-in Məktəbəqədər təhsil fakültəsinin tələbələri ilə birlikdə "Yaşıl dünya və uşaqlar" adlı tədbir keçirilmişdir.
06.05.2024-cü il tarixində Qaradağ rayonu 344 saylı körpələr evi uşaq bağçasının "Yaşıl bağça" lahiyəsinin iştirakçısı seçilməsi münasibətilə "Yaşıl dünya naminə həmrəylik ili" adlı açıq məşğələlər keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin dekanı ped.e.d.,dos.N.T.Hüseynova başda olmaqla, müəllim və tələbə heyəti iştirak etmişdir. Tələbələr bağçanın orta qrupunun uşaqları ilə birlikdə bağçanın həyətində yaşıllaşdırma işləri apararaq həmrəylik tədbirində iştirak etmişdirlər.